Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada

21 Noyabr 2021 20:43

Xəbər 540 dəfə oxunub

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Fənərbağça”nı qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu açıb. Matçın 31-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Mesut Özül hesaba tarazlıq gətirib. Oyunun 90+5-ci dəqiqələrində “Fənərbağça”nın futbolçusu Mikel Krespo komandasının qələbə topunu vurub. Beləliklə, “Fənərbağça” səfərdə “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.Günün digər matçlarında isə “Adana Dəmirspor” səfərdə “Altay”ı 3:1 hesabı ilə üstələyib. “Konyaspor” isə doğma meydanda “Rizəspor”un qapısından üç cavabsız top keçirib. “Fatih Karagümrük” isə səfər matçında “Kasımpaşa”ya 3:1 hesabı ilə qalib gəlib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla “Trabzonspor” başçılıq edir. Ondan dörd xal geri qalan “Hatayspor” ikinci, onunla eyni xala malik olan “Konyaspor” isə üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com