İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

20 Noyabr 2021 20:48

Xəbər 480 dəfə oxunub

Noyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.”Liverpul” klubu “Enfild” stadionunda “Arsenal” komandasını qəbul edib.Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:0.Mersisayd təmsilçisinin heyətində Sadio Mane (39), Dieqo Jota (52), Məhəmməd Salah (74) və Takumi Minomino (77) fərqləniblər.Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 25-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Arsenal” isə 20 xalla beşinci yerdədir.xeber100.com