FIFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib

22 Noyabr 2021 15:03

Xəbər 623 dəfə oxunub

Yaxın Şərqdə ilk dəfə Qətərdə keçiriləcək FIFA Dünya Kubokunun bir illik geri sayımı mərasimi keçirilib.Azərtac xəbər verir ki, Dohada keçirilən mərasimdə FIFA prezidenti Canni İnfantino iştirak edib. Dünya Kuboku bir ildən sonra keçiriləcək dünya çempionatının ilk matçının olacağı Al Bayt stadionuna gətirilib. Sonra geri sayım saatı işıqlandırılıb və dronlar vasitəsilə Doha səmasında “365” rəqəmləri yazılıb.FIFA prezidenti müraciətində bildirib ki, dünya çempionatının matçları Qətərin ən müasir səkkiz stadionunda oynanılacaq. O, çempionata hazırlıq işlərini yüksək qiymətləndirib.Qətər 2022-ci il dünya çempionatına hazırlığa 6,5 milyard dollar xərcləyib. Dohadakı innovativ Ras Əbu Abud və Lusail stadionları da Dünya Kuboku ərəfəsində istifadəyə veriləcək.xeber100.com