İngiltərə Futbol Assosiasiyasının məlumatı əsasında…

23 Noyabr 2021 11:35

Xəbər 946 dəfə oxunub

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeytin müqaviləsi uzadılıb.Bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Əlli bir yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin dekabrınadəkdir.Qeyd edək ki, Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı “DÇ-2018”in yarımfinalına və “Avro-2020”nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.xeber100.com