İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib

28 Noyabr 2021 15:24

Xəbər 540 dəfə oxunub

Futbol üzrə İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib.“Alianz” stadionunda cari mövsüm uğursuz oyunları ilə diqqət çəkən “Yuventus” klubu öz meydanında “Atalanda” komandasını qəbul edib.Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.Berqamo təmsilçilərinin yeganə qolunun müəllifi əsas qol silahı Duvan Zapata olub.Bu qələbə sayəsində “Atalanta” xal etiyatını 28-ə çatdıraraq dördüncü yerdəki yerini möhkəmlədib. “Yuventus” isə 21 xalla səkkizinci yerdə qərarlaşıb.Turun ilk oyun günündə “Empoli” doğma azarkeşlər önündə “Fiorentina”nı (2:1), “Sampdoriya” isə “Verona”nı məğlub edib (3:1).xeber100.com