İspaniya La Liqasının növbəti turu çərçivəsində

29 Noyabr 2021 11:18

Xəbər 403 dəfə oxunub

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Real Madrid”in “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdiyi oyun madridlilərin fransalı hücumçusu Kərim Benzema üçün əlamətdar olub.Həmin oyunda karyerasında 361-ci dəfə fərqlənən Benzema ən çox qol vuran fransalı futbolçu kimi tarixə düşüb. O, 360 qolla indiyədək bu rekordun sahibi olan Tyeri Anrini geridə qoyub.Benzema bununla bağlı tviterdəki paylaşımında Fransanın ən yaxşı bombardiri olması ilə fəxr etdiyini bildirib.xeber100.com