İngiltərə Premyer Liqasının 14-cü turunda

2 Dekabr 2021 10:10

Xəbər 421 dəfə oxunub

İngiltərə Premyer Liqasının 14-cü turunda “Liverpul”un səfərdə “Everton” üzərində qalib gəldiyi (1:4) qarşılaşma misirli hücumçu Məhəmməd Salah üçün əlamətdar olub.Oyunda iki qol vuran Məhəmməd Salah bununla da Premyer Liqada yeni rekorda imza atıb. Belə ki, misirli forvard cari mövsümdə rəqib qapısına vurduğu qollarının sayını 13-ə, məhsuldar ötürmələrinin sayını isə 8-ə çatdırıb. O, bu göstərici üzrə “Arsenal”ın fransalı sabiq hücumçusu Tyeri Anriyə məxsus rekordu yeniləyib.T.Anri 2004-2005-ci il mövsümündə Premyer Liqanın ilk 14 turundan sonra aktivinə 11 qol və 9 məhsuldar ötürmə yazdıraraq rekorda imza atmışdı.xeber100.com