Argentina millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb

1 Dekabr 2021 10:17

Xəbər 449 dəfə oxunub

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.“Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək. Otuz yeddi yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.Qeyd edək ki, Xavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.xeber100.com