Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib

6 Dekabr 2021 13:37

Xəbər 421 dəfə oxunub

Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin formasını geyindiyi “Minay” səfərdə “Aleksandriya” ilə qarşılaşıb.Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Aleksandriya”nın azərbaycanlı futbolçusu Emil Mustafayev zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb. Əvəzində R.Əhmədzadə 90 dəqiqə meydanda olub. “Minay”ın digər azərbaycanlı futbolçusu – Eldar Quliyev isə start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.“Aleksandriya” bu qələbədən sonra 26 xalla altıncı pillədə qərarlaşıb. “Minay” isə 10 xalla 16 kollektiv arasında 15-cidir.xeber100.com