Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyinin birinci günündə – dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib. Belə ki, həlledici görüşdə İbrahim Nurullayev, Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Fərdi Hümbətov (60 kq), Murad Məmmədov, Təvəkgül Həziyev (63 kq), Taleh Məmmədov, Namaz Rüstəmov (67 kq), Ruslan Nurullayev, Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (77 kq) və Həsən Nəsirov isə Tuncay Vəzirzadə (82 kq) ilə qarşılaşacaqlar.Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.Yarış dekabrın 9-dək davam edəcək.Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…