Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış start götürüb

10 Dekabr 2021 14:47

Xəbər 651 dəfə oxunub

Dekabrın 10-da 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış start götürüb.Turnirin birinci günündə kişilər arasında 46, 60 və 81 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçiriləcək. Qadınların turnirində isə 48 və 63 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Kubok yarışına 39 komandanın heyətində 500-dən çox idmançı qatılıb.xeber100.com