Futbol üzrə yarışın 2021-2022-ci il mövsümünə start veriləcək

10 Dekabr 2021 14:50

Xəbər 797 dəfə oxunub

Dekabrın 10-da futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünə start veriləcək.Kubok uğrunda yarış səkkizdəbir final mərhələsinin görüşləri ilə başlayacaq. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Səbail” birinci divizion təmsilçisi “Zaqatala”nın, “Qəbələ” isə MOİK-in qonağı olacaq. Matçlar müvafiq olaraq, saat 14:00-da və 17:00-da başlayacaq.Qeyd edək ki, səkkizdəbir finalın digər iki görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi “Keşlə” klubu “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i qəbul edəcək. Bu mərhələ bir oyundan ibarət olacaq və qələbə qazanan komandalar dörddəbir finala yüksələcəklər.xeber100.com