Formula 2 üzrə dünya çempionatının qalibi müəyyənləşib

11 Dekabr 2021 20:00

Xəbər 778 dəfə oxunub

Formula 2 üzrə dünya çempionatının qalibi müəyyənləşib.“Prema Racing” komandasının pilotu Oskar Piastri çempion olub.İtaliya komandasının avstraliyalı sürücüsü Əbu-Dabi Qran-Prisinin ilk yarışını üçüncü pillədə bitirib və 2021-ci mövsümü üçün fərdi yarışda vaxtından əvvəl çempionluğu təmin edib.Piastri xallarının sayını 227,5-ə çatdırıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Onun komanda yoldaşı Robert Şvartsman 170 xalla ikincidir. Rusiyalı idmançı digər iki yarışda Piastriyə çatmaq şansını itirib.Qeyd edək ki, Oskar Piastri iyunun 6-da Azərbaycan Qran-Prisində ikinci olub.xeber100.com