Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir

12 Dekabr 2021 13:30

Xəbər 683 dəfə oxunub

Bakı klubları arasında 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir.Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın son günündə yeniyetmə oğlanlar arasında 55, 73, qızlar arasında isə 36, 44, 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyən ediləcək.Kubok yarışına 39 komandanın heyətində 500-ə yaxın idmançı qatılıb.xeber100.com