Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada

12 Dekabr 2021 13:33

Xəbər 753 dəfə oxunub

Dekabrın 11-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” səfərdə “Antalyaspor”un qonağı olub.Gərgin keçən görüşdə Antalya təmsilçiləri qonaqları 2:1 hesabı ilə məğlub edib.Günün digər matçında isə “Konyaspor” səfərdə “Fatih Karagümrük”ü 4:1 hesabı ilə udub. “Başakşəhər” doğma meydanda “Kasımpaşa” 2:1 hesabı ilə üstələyib. “Rizəspor” isə doğma divarlar arasında “Göztəpə”yə 3:1 hesabı ilə qalib gəlib.Turun digər oyunları dekabrın 12-də və 13-də keçiriləcək.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan bir xal geri qalan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com