İspaniyanın Sitjes şəhərində şahmat festivalı davam edir

15 Dekabr 2021 12:54

Xəbər 825 dəfə oxunub

İspaniyanın Sitjes şəhərində şahmat festivalı davam edir.Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçıları – Aydın Süleymanlı, Eltac Səfərli və Məhəmməd Muradlı 2 turdan sonra maksimum xalla (2 xal) liderlər qrupunda yer alıblar.Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva, Niyazi Cəfərov və Amil Abbasov isə 1 xala malikdirlər.İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-dək şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.xeber100.com