UEFA Çempionlar Liqasının keçiriləcəyi ölkə müəyyənləşib

17 Dekabr 2021 20:05

Xəbər 765 dəfə oxunub

Futzal üzrə UEFA Çempionlar Liqasının “Dördlər finalı”nın keçiriləcəyi ölkə müəyyənləşib.UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2021/2022-ci il mövsümünün qalibi Latviyanın paytaxtı Riqada bəlli olacaq.“Riqa Arena”da yarımfinal oyunları aprelin 28-də və ya 29-da, üçüncü yer və final matçı isə aprelin 30-da və ya mayın 1-də keçiriləcək.Bu arenada 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunub.xeber100.com