FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

23 Dekabr 2021 14:57

Xəbər 974 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1139 xalla 120-ci pillədə qərarlaşıb.Reytinq cədvəlinə 1828 xalla Belçika millisi başçılıq edir. Braziliya yığması 1826 xalla ikinci, Fransa isə 1786 xalla üçüncüdür.Qeyd edək ki, növbəti siyahı gələn il fevralın 10-da açıqlanacaq.xeber100.com