“Milan” futbol klubu məşqlərini onlayn keçirəcək

24 Dekabr 2021 15:03

Xəbər 1084 dəfə oxunub

İtaliyanın “Milan” klubu koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.Bunu klubun baş məşqçisi Stefano Pioli “Sky Sport Italia”ya açıqlamasında bildirib.O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. “Milan” A Seriyasındakı növbəti matçını yanvarın 6-da “Roma”ya qarşı keçirəcək.xeber100.com