“Tottenhem”in baş məşqçisi İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

29 Dekabr 2021 12:33

Xəbər 689 dəfə oxunub

“Tottenhem” klubunun baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.Xarici KİV-ə istinadla xəbər verir ki, Konte bu rekorda İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Sauthempton” klubuna qarşı keçirilən oyunda nail olub. “Sent-Meri” stadionunda heç-heçə (1:1) bitin oyunda “Tottenhem” klubu Kontenin rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyasını yeddiyə çatdırıb. Bununla da Konte ilk yeddi oyunu məğlubiyyətsiz başa vuran məşqçi kimi London təmsilçisinin tarixinə düşüb.Xatırladaq ki, Antonio Konte “Tottenhem”ə baş məşqçi gələndən sonra klub keçirdiyi yeddi matçın 4-də qələbə qazanıb, 3-də isə rəqiblə heç-heçə oynayıb.xeber100.com