“Barselona” klubunun futbolçusu yeni rekorda imza atıb

6 Yanvar 2022 09:19

Xəbər 405 dəfə oxunub

“Barselona”nın futbolçusu Dani Alves yeni rekorda imza atıb. O, buna İspaniya kubokunun 1/16 final mərhələsində “Linares”lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Otuz səkkiz yaş 244 günlüyündə olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, “Barselona”nın heyətində son matçını 38 yaş 190 günlüyündə keçirib.Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi bu mövsümün sonunadəkdir.xeber100.com