İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib

9 Yanvar 2022 15:43

Xəbər 427 dəfə oxunub

Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib.”Penco” stadionunda keçirilən görüşdə milanlılar üstün olublar – 0:3.”Rossonyeri”nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən “İnter” 46 xalla ikinci yerdədir. “Venesiya” isə 17 xalla on altıncı yerdə qərarlaşıb.Turun digər görüşləri gün ərzində keçiriləcək.xeber100.com