“Kəpəz” klubu qış transfer pəncəsində heyətinə yeni futbolçu cəlb edib

8 Yanvar 2022 15:50

Xəbər 500 dəfə oxunub

Gəncənin “Kəpəz” klubu qış transfer pəncəsində heyətinə yeni futbolçu cəlb edib.Bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.Birinci Divizion təmsilçisi Roman Hüseynovla heyətini gücləndirib. Onunla mövsümün sonunadək müqavilə bağlanacaq. Futbolçu Gəncə təmsilçisinə Premyer Liqa klubu “Sumqayıt”dan keçib.Qeyd edək ki, R.Hüseynov 2018-ci ildə “Kəpəz” elitada çıxış edən zaman 6 ay bu komandanın formasını geyinib.xeber100.com