“Yuventus” klubunun futbolçusu “Arsenal”a keçməyə hazırlaşır

14 Yanvar 2022 11:33

Xəbər 397 dəfə oxunub

İtaliyanın “Yuventus” klubunun futbolçusu Artur Melo “Arsenal”a keçməyə yaxındır.İngiltərə mətbuatı xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Arsenal” ilə artıq razılıq əldə edib.“Arsenal” hazırda “Yuventus”la danışıqlar aparır. Ancaq Turin təmsilçisi futbolçunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.Qeyd edək ki, Artur Melo cari mövsüm “Yuventus”un heyətində 11 oyunda meydana çıxıb və heç bir məhsuldarlığı ilə seçilməyib.xeber100.com