İspaniyanın “Real Madrid” klubunun futbolçusu komandanın tarixinə düşüb

17 Yanvar 2022 10:33

Xəbər 509 dəfə oxunub

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo komandanın tarixinə düşüb.34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışının final matçında nail olub.Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və “kral klubu”nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.Marselo hazırda Fransisko Gento ilə birlikdə “kral klubu”nda ən çox titula sahib olan futbolçudur.Xatırladaq ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur.xeber100.com