Yanvarın 16-da futbol üzrə İspaniya Super kubokunun final görüşü keçirilib.Turnirin son qalibi “Atletik Bilbao” klubu “Real Madrid” komandası ilə üz-üzə gəlib.Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fahd” stadionunda baş tutan gərgin görüşdə Madrid təmsilçisi üstün olub – 2:0.Oyunda hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. Fasilədən sonra “kral” klubu hesab arasındakı fərqi iki topa çatdıraraq oyunda qalib gəlib. Kərim Benzema hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.Matçın 87-ci dəqiqəsində Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 89-cu dəqiqəsində “Atletik Bilbao” 11-metirlik cərimə zərbəsi vurmağı şansı qazanıb. Topa yaxınlaşan Raul Qarsiya fürsəti əldən verib.Beləliklə, “Real Madrid” qələbə qazanaraq tarixində 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub. Madridlilər sonuncu dəfə 2017-ci ildə kuboku başı üzərində qaldıra biliblər.Qeyd edək ki, “Atletik Bilbao” yarımfinalda “Atletiko Madrid”i (2:1), “Real Madrid” isə “Barselona”dan (3:2) üstün olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…