“Everton” futbol klubuna müvəqqəti baş məşqçi təyin olunub

19 Yanvar 2022 15:46

Xəbər 411 dəfə oxunub

İngiltərənin “Everton” futbol klubuna müvəqqəti baş məşqçi təyin olunub.Premyer Liqa təmsilçisinin rəsmi saytı xəbər verir ki, Rafael Benitesin istefaya göndərilməsindən sonra bu vəzifə Dankan Ferqyusona həvalə edilib.Şotlandiyalı mütəxəssisə Con Ebbrel və Leyton Beyns kömək edəcəklər. Qapıçılar üzrə məşqçi isə Alan Kelli olacaq.Ferqyuson ikinci dəfədir komandanın sükanı arxasına keçir. O, daha əvvəl 2019-cu ildə “Everton”a rəhbərlik edib və komandanı 3 oyunda meydana çıxarıb.xeber100.com