İngiltərənin “Liverpul” klubu futbolçusunu icarəyə göndərib

28 Yanvar 2022 14:53

Xəbər 380 dəfə oxunub

İngiltərənin “Liverpul” klubu futbolçusu Viteslav Yaroşu icarəyə göndərib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi yaşlı qapıçı karyerasını “Nots Kaunti”də davam etdirəcək. İngiltərənin beşinci liqasında mübarizə aparan klub oyunçu ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.Qeyd edək ki. Yaroş əvvəllər 9 ay icarə əsasında “Sent Patriks”də (İrlandiya) oynayıb. O, ötən il burada İrlandiya kubokunu qazanıb və klubun ən yaxşı futbolçusu seçilib.xeber100.com