Şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək

8 Fevral 2022 14:54

Xəbər 442 dəfə oxunub

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.Yarış fevralın 13-dək davam edəcək.Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.xeber100.com