Şahmat üzrə beynəlxalq turnir davam edir

10 Fevral 2022 12:16

Xəbər 704 dəfə oxunub

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli turnirdə liderliyə yüksəlib. Belə ki, şahmatçımız 4 turun nəticəsinə görə, 3 xalla birinci pillədə qərarlaşıb.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarışda 16 şahmatçı iştirak edir ki, onlardan da 7-si qrosmeysterdir.Turnir fevralın 13-dək davam edəcək.xeber100.com