Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

11 Fevral 2022 19:33

Xəbər 367 dəfə oxunub

Azərbaycan güləşi daha bir uğura imza atıb.Belə ki, 2 hakimimiz ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.Azərbaycan Güləş Federasiyası xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar verib.Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyev və Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb. Xatırladaq ki, “Tokio-2020″də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.Qeyd edək ki, Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.xeber100.com