Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulub

11 Fevral 2022 19:47

Xəbər 414 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulub.Altıncı turun ilk oyunu “Abşeron” və “Murov” komandaları arasında olub. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən görüş “Abşeron”un 3:1 (25:21, 16:25, 25:20, 25:21) hesablı qələbəsi ilə başa çatıb.Dövrənin və turun sonuncu matçında isə “Azerreyl” UNEC-i qəbul edib. Görüş “Azərreyl”in 2:3 (27:29, 25:14, 23:25, 25:16, 12:15) hesablı məğlubiyyəti ilə yekunlaşıb.Qeyd edək ki, hazırda turnir cədvəlinə 18 xalla “Abşeron” başçılıq edir. Səkkiz xalı olan “Azerreyl” ikinci, ondan 2 xal az toplamış “Murov” üçüncüdür. UNEC isə 4 xalla sonuncudur.xeber100.com