“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

19 Fevral 2022 16:34

Xəbər 746 dəfə oxunub

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Klubun rəsmi saytı xəbər verir ki, Bakı təmsilçisi Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalayıb.İyirmi doqquz yaşlı müdafiəçi mövsümün sonunadək “Sabah”da çıxış edəcək.Qeyd edək ki, B.Letiç karyerası ərzində ölkəsinin “Kozara Qradiska”, “Velej Mostar”, “Sarayevo”, Slovakiyanın “Jilina”, Çexiyanın “Karvina” və Serbiyanın “Radniçki Niş” klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i olub.xeber100.com