“Səbail” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

19 Fevral 2022 16:42

Xəbər 469 dəfə oxunub

Bakının “Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.Bakı təmsilçisi Tural Bayramlı ilə müqavilə imzalayıb.Yunanıstan klubu “Pierikos”la danışıqlar müsbət yekunlaşıb və Premyer Liqanın autsayderi “Sumqayıt”ın yetirməsini transfer etməyə müvəffəq olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. T.Bayramlı yeni komandasında 39 nömrəli formanı geyinəcək.Futbolçu ölkəmizdə “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.Qeyd edək ki, “Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.xeber100.com