UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.Nəzərdə tutulan 8 qarşılaşmadan dördü artıq başa çatıb.Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçirilib. Ölkənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.Oyunda hesabı qonaqlar açıblar. İlk hissənin sonuncu dəqiqəsində İbrahima Traore fərqlənib. 58-ci dəqiqədə “Fənərbağça”nın heyətində Dimitris Pelkas tarazlığı bərpa edib. Lakin 62-ci dəqiqədə Praqa təmsilçisi yenidən önə keçib. Bu dəfə Oskar Dorli adını tabloya yazdırıb. Cəmi 2 dəqiqə sonra Ondrjey Linqr 3-cü topu “sarı-lacivərdlilər”in qapısından keçirib. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə Fərdi Kadıoğlu qoyub. Maraqlıdır ki, bu qolun ötürməsini 75-ci dəqiqədə meydana daxil olan 16 yaşlı yarımmüdafiəçi Arda Güler edib.Digər 3 görüşdə isə PSV Niderlandda İsrailin “Makkabi” (Təl-Əviv), “Midtüllan” Danimarkada Yunanıstanın PAOK, Vyana “Rapid”i Niderlandın “Vitess” klubunu məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…