Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

20 Fevral 2022 09:06

Xəbər 402 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.Günün yeganə matçında “Zirə” klubu “Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qartallar”ın heyətində hər iki qolu Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.Bu nəticədən sonra xallarını 28-ə çatdıran “Zirə” yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan “Sabah” isə 5-ci sırada qalıb.Qeyd edək ki, XVI turun əvvəlki matçlarında “Qəbələ” evdə “Səbail’i 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.xeber100.com