UEFA-nın yeni reytinq cədvəli açıqlanıb

25 Fevral 2022 14:28

Xəbər 451 dəfə oxunub

Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi başa çatdıqdan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.Azərbaycan cari mövsümü 17.000 xalla 26-cı pillədə başa vurub.”Qarabağ”la yanaşı, “Şerif” də avrokuboklarla vidalaşdığından Moldovanın 11.250 xalla 33-cü pillədə qalacağı dəqiqləşib. Yəni, artıq Azərbaycanı üstələyə biləcək ölkə qalmayıb.Ümumilikdə 18 ölkə qitəmiqyaslı turnirlərdə mübarizəni davam etdirir. Onlardan Yunanıstan (27.200), Çexiya (27.200) və Xorvatiya (27.150) irəliləyibsə, Danimarka (26.975) və Türkiyə (26.900) geriləyib.xeber100.com