Beynəlxalq Şahmat Federasiyası (FIDE) nüfuzlu yarışlardan olan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməməsi ilə bağlı qərar qəbul edib.FIDE-nin saytında yerləşdirilən bu barədə məlumatda sürətlə gərginləşən geosiyasi vəziyyətlə əlaqədar FIDE Şurasının belə bir qərar qəbul etməli olduğu bildirilib. Qurumun növbədənkənar iclasında planlaşdırılan bütün rəsmi yarışlara ev sahibliyinin Rusiyadan alınması qərara alınıb. Beləliklə, bu qərardan sonra əsas tədbirlərdən olan 44-cü Şahmat Olimpiadası, Xantı-Mansiyskdə keçiriləcək əlilliyi olan insanlar üçün birinci Şahmat Olimpiadası və FIDE-nin 93-cü konqresi Rusiyada təşkil edilməyəcək. FIDE bu tədbirlər üçün alternativ tarix və yerlərin axtarışı üzərində işlədiyini elan edib.Qeyd edək ki, Olimpiadanın iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməsi nəzərdə tutulurdu.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…