Azərbaycan Premyer Liqasında 30-cu dəfə öz meydanında məğlub olub

1 Mart 2022 15:38

Xəbər 389 dəfə oxunub

“Səbail” klubu Azərbaycan Premyer Liqasında 30-cu dəfə öz meydanında məğlub olub. Bu, XVII turda qeydə alınıb.Paytaxt klubu “Zirə”yə 0:1 hesabı ilə məğlub olub. Bakı təmsilçisi Premyer Liqada keçirdiyi 61-ci ev qarşılaşmasında 30-cu dəfə xalsız qalıb. “Səbail” bu müddətdə 17 qələbə qazanıb, 14 heç-heçə edib.Qeyd edək ki, “Səbail” ilk ev məğlubiyyətini 2017-ci il sentyabrın 17-də “Qəbələ”dən alıb – 1:3.xeber100.com