Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

2 Mart 2022 14:57

Xəbər 445 dəfə oxunub

Martın 5-6-da Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin məlumatına görə, qadınlardan ibarət komandamız yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında iştirak edəcək. Turnirdə altı cüdoçumuz – Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.Açıq Avropa turnirinə 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı qatılacaq.xeber100.com