Futbol üzrə Ukrayna Premyer Liqasının oyunları Rumıniyada keçirilə bilər

2 Mart 2022 14:59

Xəbər 388 dəfə oxunub

Futbol üzrə Ukrayna Premyer Liqasının qalan oyunları Rumıniyada keçirilə bilər.Bu təkliflə “Dinamo”nun (Kiyev) baş məşqçisi Mirça Luçesku çıxış edib.Ölkədə müharibə şəraitinin yaranması səbəbindən klub rəhbərliyinin müraciətindən sonra Kiyevi tərk etmək məcburiyyətində qalan təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasına bu barədə müraciət edib. O, vəziyyət düzələnədək Ukrayna çempionatının matçlarının vətənində təşkilini istəyib. Rumınlar hələlik konkret cavab verməsələr də, bu varianta müsbət yanaşırlar.Qeyd edək ki, Ukrayna Premyer Liqası XIX turdan sonra dayandırılıb.xeber100.com