Futbol üzrə yarımfinal mərhələsinin ilk oyunları keçirilib

4 Mart 2022 14:30

Xəbər 363 dəfə oxunub

Futbol üzrə Portuqaliya kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov görüşün 79-cu dəqiqəsində meydana daxil olub.Komandalar arasında cavab oyunu aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.xeber100.com