“Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb

4 Mart 2022 14:36

Xəbər 442 dəfə oxunub

Rusiyanın “Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella “Krasnodar”la müqaviləni ləğv edib.Xatırladaq ki, UEFA Rusiyanın klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edirlər.xeber100.com