“Barselona” “klubu Rasinq”in yarımmüdafiəçisi ilə müqavilə imzalayıb

5 Mart 2022 14:35

Xəbər 459 dəfə oxunub

“Barselona” “klubu Rasinq”in yarımmüdafiəçisi Pablo Torre ilə müqavilə imzalayıb.Kataloniya klubu 18 yaşlı pleymeykerlə anlaşdığını rəsmi saytı vasitəsilə açıqlayıb.Yeni komandası ilə 2026-cı ilin yayınadək müqavilə imzalayan futbolçunun sərbəst qalma məbləği 100 milyon avro kimi müəyyənləşdirilib. Bu transfer “Rasinq”ə 5 milyon avro qazandırıb. Oyunçunun performansına görə məbləğ 20 milyon avroya qədər arta bilər.Cari mövsümü “Rasinq”də tamamlayacaq Pablo Torre yayda “Barselona”nın B komandasına qoşulacaq.xeber100.com