Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.Lənkəran Şəhər Olimpiya İdman Kompleksində baş tutan məşqlərə 8-10 yaş qrupları üzrə 90 məktəbli qatılıb. Məktəblilərə ilk olaraq badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə start verilib.İlk mərhələdə ölkə üzrə 5 şəhəri əhatə edəcək “Shuttle Time” proqramında ümumilikdə 400 məktəblinin iştirakı gözlənilir. Son olaraq proqram Bakı və Sumqayıtda reallaşacaq.“Shuttle Time” proqramı Dünya Badminton Federasiyasının, Avropa Badminton Konfederasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…