Güləşçilərin Avropa çempionatı davam edir

10 Mart 2022 15:22

Xəbər 371 dəfə oxunub

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, yarışın dördüncü günündə – martın 10-da 3 qadın güləşçimiz mübarizəyə qoşulub.Gültəkin Şirinova (53 kq) dörddəbir finalda fransalı Çadya Ayaçiyə qalib gəlib – 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.Milli komandamızın üzvü Jalə Əliyeva (62 kq) dörddəbir finalda Fransanın digər təmsilçisi Amelin Duarreni “tuşe” ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gələcək.Birgül Soltanova (65 kq) dörddəbir finalda estoniyalı Viktoriya Vessoyla gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzub – 7:8.Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.xeber100.com