Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

10 Mart 2022 15:24

Xəbər 382 dəfə oxunub

Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komanda qarşıdakı yarışlara hazırlaşır.Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, hazırda baş məşqçi Ramiz Ramizzadənin rəhbərlik etdiyi oğlanlardan ibarət komanda Bakıda təlim-məşq toplanışındadır. İdmançılar daha sonra hazırlıqlarını Sumqayıtda davam etdirəcəklər.Təlim-məşqlərin təşkilində əsas məqsəd cüdoçuların bacarıqlarını təkmilləşdirmək, onların qarşıdakı beynəlxalq yarışlarda yüksək səviyyədə çıxışını təmin etməkdir.xeber100.com