Azərbaycan Həndbol Federasiyasının növbəti seminarında

9 Mart 2022 15:29

Xəbər 462 dəfə oxunub

Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Mingəçevirdə seminar keçiblər.Federasiyanın məlumatına görə, beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov, beynəlxalq dərəcəli hakim Ernest Ağakişi, Pro kateqoriyalı məşqçi Fuad Yangildin tərəfindən Mingəçevirdə keçirilən seminarda Göygöl, Qazax, Ağstafa rayonları, Gəncə və Mingəçevir şəhərlərindən olan məşqçilər iştirak ediblər.Əvvəlcə regionlarda həndbolun durumu, bu sahədəki problemlər və yeni qaydalarla bağlı məlumat verilib.Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara sertifikatlar təqdim edilib.Seminarın sonunda Pro kateqoriyalı məşqçi Fuad Yangildin tərəfindən yeniyetmə həndbolçular üçün nümunəvi məşq keçirilib.xeber100.com