“Barselona” İspaniya La Liqasının 28-ci turunda əsrin rekorduna imza atıb

14 Mart 2022 15:01

Xəbər 394 dəfə oxunub

“Barselona” İspaniya La Liqasının 28-ci turunda “Osasuna” ilə matçında (4:0) 21-ci əsrin rekorduna imza atıb.Xarici KİV-lər  xəbər verir ki, Kataloniya klubunun heyətində yarımmüdafiəçi Riki Puç qollardan birini vurub. Beləliklə, İspaniya çempionatının bu mövsümündə “Barselona”da 22 fərqli futbolçu qol vurub. Bununla da, Kataloniya təmsilçisi “Real Madrid”in rekordunu qırıb. Belə ki, Madrid klubunda 2019-2020-ci il mövsümündə 21 futbolçu qol vurub.Qeyd edək ki, “Barselona” 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com