Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə müəyyənləşib

16 Mart 2022 15:32

Xəbər 401 dəfə oxunub

Bu il keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə müəyyənləşib.Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytı xəbər verir ki, turnir Hindistanda baş tutacaq. Yarış bu ölkənin cənubundakı əsas turizm mərkəzlərindən olan Mahabalipuram ərazisində yerləşən “Four Points by Sheraton” konqres mərkəzində keçiriləcək. Olimpiadanın dəqiq tarixi açıqlanmasa da, iyulun sonu – avqustun əvvəlində təşkil ediləcəyi bildirilib.Xatırladaq ki, bu il şahmat olimpiadası Rusiyada keçirilməli idi. Lakin Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olimpiadaya ev sahibliyi hüququ Rusiyadan alınıb.xeber100.com